Nəbatilər dövləti
Nəbatilər dövləti və ya Nəbatiya (ivr. נַבָּטִים — «nabatim», ərəb. مملكة الأنباط, q.yun. Ναβαταῖοι — «nabatayoy») — İordaniyada iqtidarda olmuş tarixi dövlət.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ərəbistan yarımadasının şimal və şimal-qərb nahiyəsində, Aralıq dənizinin sahilində yağışların yağması və yaxşı ticarət mövqeyi olması baxımından bir sıra dövlətlər təsis edilmişdir. Şimalda Əqəbə körfəzində Əl-Ərbə vadisinə qədər uzanan ərazi Nəbatilərin torpaqları olmuşdur. Deyilənə görə Nəbati tayfası Ərəbistan səhralarından eramızdan 600 il qabaq bu ərazilərə köç etmişlər. Babil dövləti suquta uğradıqdan sonra onlar bir dövlət yaratmışlar. Eramızdan əvvəl dördüncü yüzilliyin sonunda – Makedoniyalı İsgəndərin hücumu nəticəsində Səba dövlətinin dənizdəki qüdrəti aradan getdikdə – Nəbatilərin dövləti qüvvətlənmişdir. Onlar Sərhan vadisindən keçən ticarət yolunu da ələ keçirdilər.
Nəbatilərin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’" qaya divar (sıldırm qala) olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır. Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi. O Fars körfəzi ilə Aralıq dənizini ticarət baxımından bir-birinə birləşdirən bir nöqtə idi.